AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elanlar

Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirəcək - DƏVƏT

17.01.2019

Hörmətli KİV nümayəndələri!

18 yanvar 2019-ci il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı elmi konfrans keçirəcək.

Sizi tədbirə dəvət edirik.

Konfrans Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil edilir.

Elmi konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

Paylaş: