AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Ermənilərin qanlı cinayətlərindən bəhs edən sənədli film çəkilib

27.03.2018 18:10

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Erməni təcavüzünün qanlı səhifələri” sənədli televiziya filminin istehsalını başa çatdırıb.

AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.

Ekran işində ermənilərin vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin və tarixçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə tamaşaçılara çatdırılır. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadənin də fikirləri yer alıb.

Filmin elmi məsləhətçisi Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cəmil Fərəcov, operatoru isə Adil Abbasovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.tarixinstitutu.az saytına istinad zəruridir.

Paylaş: