AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix İnstitutunun elmi işçisi vəfat edib

04.09.2019 16:51

Tarix İnstitutunun "Beynəlxalq Münasibətlər Tarixi" şöbəsinin elmi işçisi Cahangir Rufulla oğlu Xəlilov 3 sentyabr 2019-cu ildə vəfat etmişdir.

Tarix İnstitutu adından tarixçi Cahangir Xəlilovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun bütün doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, Cahangir Xəlilov 1964-cü ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1995-ci il 24 noyabr tarixindən AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunda çalışırdı.

O, Azərbaycan-Amerika əlaqələri tarixini araşdırırdı. 

Paylaş: