AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək

02.05.2019 16:43

Yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransın keçirilməsi barədə razılıq Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun institutun elmi nailiyyətlər sərgisində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı əldə olunub. Y.Mahmudov institutun alimlərinin konfransın keçirilməsi barədə təşəbbüsünü ona çatdırıb, o isə bunu müsbət qarşılayaraq razılıq verib.

Ramiz Mehdiyev Tarix İnstitutunun elmi nailiyyətlər sərgisində nəşrlərlə ayrı-ayrılıqda tanış olub. Yaqub Mahmudov isə institutun fəaliyyəti və nəşrləri barədə ona ətraflı məlumat verib.

Paylaş: